Azərbaycanda 5-ci dönəm Milli Məclisə seçkilər başa çatıb. Dünən günün sonuna olan məlumata görə, 125 seçki dairəsi üzrə 4841 məntəqə hesabat verib.
Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzindən Secki-2015.az saytına deyildiyinə görə, 4841 protokol daxil olub, 2 milyon 600 min 730 bülleten sayılıb.
Xatırladaq ki, respublika üzrə 2 milyon 897 min 188 seçici səs verib, seçici fəallığı 55,7 faiz olub.
Baki-xeber.com