Tehranda ölkəsinin xarici dövlətlərdəki səfirlərilə görüşən İranın dini lideri Əli Xamneyi onlara Suriya çözümündə İranın mövqeyini açıqlayıb. Bu barədə baki-xeber.com Anadolu Agentliyinə istinadən xəbər verir.
Xamneyi "Biz bir dövlət və onun başçısı haqqında digər dövlətlərin yığışıb qərar verməsini doğru saymırıq. Bunu heç bir dövlət qəbul etməz”- deyə məsələyə münasibətini bildirib. Suriyada savaşın nəhayət bitməli olduğunu deyən dini lider "Bir daş da atılsa, dövlət ondan ziyan görür. O daşı atan isə müxaliflərdir. Onlara silah və imkan verilməməlidir. Onlar bir şey etməsələr, Əsəd rejimi də qarşılıq verməz. Təhlükəsizliyin təmin olunması üçün bir seçim edilməlidir. Amerika və ya digər dövlətlərin "o getsin bu qalsın” kimi fikirləri məntiqli deyil”- deyə bildirib.