Almaniya kansleri Angela Merkel İstanbula işgüzar səfərə gəlib. Baki-xeber.com-un Anadolu Agentliyinə istinadən xəbərinə görə, Almaniya kanslerini Atatürk hava limanında türk və alman rəsmi şəxsləri qarşılayıb.
Bu gün xanım Merkelin Dolmabaxça sarayında Türkiyə baş naziri Əhməd Davudoğlu ilə görüşü olacaq. Görüşün sonunda mətbuat konfransı düzənlənəcək. Axşam saatlarında isə Almaniya kanslerini Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul edəcək.