Pakistan "Şərqi Türküstanda İslam Dövləti Hərəkatı”nin tamamilə məhv edildiyini bəyan edib. Bu barədə baki-xeber.com gazeta.ru saytına istinadən xəbər verir. Bildirilir ki, Çinin Sincan muxtar rayonundakı qrupu müdafiə edən bütün qruplaşmaları Pakistan ərazisində məhv edilib. Reuters-in xəbərinə görə, bu barədə Pekinin təhlükəsizliyi üzrə Syanşan forumunda Pakistanın müdafiə naziri Havaca Asif bəyan edib. "Fikrimizcə, biz onları tamamilə məhv etmişik. Onlar artıq yoxdur” – deyə o bildirib. Nazirin sözlərinə görə, "Şərqi Türküstanda İslam Dövləti Hərəkatı”nin məhv edilməsində, Çin kimi, Pakistan da maraqlıdır.