Dünən Samur-Abşeron kanalının Xaçmaz rayonu ərazisindən keçən hissəsində bir nəfər batıb. Bu barədə baki-xeber.com Fövqəladə hallar Nazirliyinin mətbuat xidmətindən məlumat alıb.
Məlumatda bildirilir ki, Fövqəladə Hallar Nazirliyinin "Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə” daxil olmuş məlumata əsasən vətəndaşın axtarışlarına başlanıb. Mərkəzdən əlavə məlumatın veriləcəyi deyilib.