Dünən 1997-ci ildə şəhid olmuş bir qrup kəşfiyyatçımızın valideynləri və ikinci qrup əlil Aqil Əhmədov Müdafiə Nazirliyinin idarə rəisi general-mayor Rasim Əliyevlə görüşüb. Bu barədə baki-xeber.com müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat alıb.
Məlumatda bildirilir ki, Azərbaycan Respublikasının müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə dövlət rəhbərliyi, eləcə də Müdafiə Nazirliyi tərəfindən hər zaman xüsusi diqqət və qayğı göstərilir, onların mövcud problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir.
Şəəhid olmuş bir qrup kəşfiyyatçımızın valideynləri və ikinci qrup əlil Aqil Əhmədovla görüşdə onların mövcud problemlərini dinləyən idarə rəisi, digər şəhid ailələri kimi ,onların da Müdafiə nazirinin diqqət və qayğısından kənar olmadıqlarını bildirərək, lazımi köməkliyin göstəriləcəyini qeyd edib.