Prezident İlham Əliyev Azərbaycan Respublikasında statistika sahəsində çalışan işçilərin təltif edilməsi haqqında Sərəncam imzalayıb. Bu barədə baki-xeber.com Prezidentin rəsmi saytina istinadən xəbər verir.
Statistika işçilərinin peşə bayramı ərəfəsində imzalanan Sərəncamla Azərbaycan Respublikasında statistika işinin təşkili sahəsində səmərəli fəaliyyətlərinə görə bir sıra şəxslər 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Tərəqqi" medalı və "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunub.