Egey dənizində qaçqınların olduğu təknənin batması nəticəsində 12 miqrant dünyasını dəyişib, 25 nəfər isə xilas olunub. Bu barədə baki=-xeber.com Anadolu Agentliyinin məlumatına əsasən xəbər verir.
Çanaqqala meri Həmzə Ərdalanın sözlərinə görə, Ayvacık şəhərindən Yunanıstanın Lesbos adasına istiqamət götürən təknədəki 25 nəfəri sahil mühafizə xidməti xilas edə bilib. Ərdal onu da bildirib ki, həlak olan 12 nəfərin kimliyi hələlik müəyyən olunmayıb. Onların cəsədləri isə Ayvacık şəhərinin Babakale limanına çatdırılıb. Xilas olunan 25 nəfərin isə ifadəsi alınıb. Onların sözlərinə görə, təknədə 48-52 nəfər olub.
Rayonda xilasetmə işləri davam etdirilir.