Oktyabrın 17-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib. Baki-xeber.com-un Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən aldığı məlumata görə, əvvəlcə Komissiyanın 10 oktyabr 2015-ci il tarixində keçirilmiş iclasının protokolu təsdiq edilib. Sonra Mərkəzi Seçki Komissiyasının qərarı ilə bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib. İclasda 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətə də baxılıb. Komissiya üzvləri tərəfindən aparılan müzakirədən sonra müvafiq qərar qəbul edilib.
Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda cari məsələlərə də baxılıb.