Bu gün səhər saatlarından etibarən Dağıstanın Xasavyurt rayonunun yaşayış məntəqələrində antiterror əməliyyatı rejimi (KTO)tətbiq olunub.Bakı-xebər.com-un məlumatına görə, bu barədə RİA "Novosti”yə respublika operativ ştabının nümayəndəsi xəbər verib.
"Səhər saat 6:30-da Xasavyurt rayonunun Batayurt, Kuruş və Sadovoye rayonlarında KTO rejimi tətəbiq olunub” – deyə mənbə bildirib. Onun sözlərinə görə, "terrorçular və onların əlaltıları axtarılır”.
Daha öncə İnquşetiya ərazisində antiterror əməliyyatının keçirilməsilə bağlı xüsusi rejim tətbiq olunduğu bildirilib.