şənbə günü, 20 iyun 2026
     

Ramil Usubov Daxili İşlər Nazirliyinin geniş Kollegiya iclasını keçirdi

Image


Oktyabrın 16-da Daxili İşlər Nazirliyində «Şəhər, rayon polis orqanlarında vətəndaşların müraciətlərinə baxılması və qəbulu işi"nin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə»nin vəziyyətinə həsr olunmuş geniş Kollegiya iclası keçirilib.

Baki-xeber.com xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubov Kollegiya iclasını açaraq müzakirəyə çıxarılan məsələlərin xidməti fəaliyyətin mühüm sahələrini əhatə etdiyini, vətəndaşların müraciətlərinə baxılmasının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daim diqqət və nəzarətində olduğunu, məhz onun tapşırığına əsasən, son illər mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda mütəmadi olaraq vətəndaşların qəbulunu keçirdiklərini, onların problemlərini şəxsən dinlədiklərini vurğulayıb. Daxili işlər orqanlarının fəaliyyətində ən prioritet istiqamətlərdən olan bu əhəmiyyətli məsələnin sonuncu dəfə 2013-cü ildə müzakirə olunduğunu xatırladan nazir qarşıda duran yeni vəzifələrin müəyyən edildiyini, həmin Kollegiyadan ötən iki il ərzində bu sahədə xeyli irəliləyişin baş verdiyini, əhəmiyyətli tədbirlərin həyata keçirildiyini, o cümlədən müraciətlərin obyektiv və vaxtında araşdırılmasına, təşəbbüskarlara yazılı cavabların verilməsinə, şikayətləri doğuran səbəblərin aradan qaldırılmasına, qanunauyğun ədalətli qərarların çıxarılmasına, qəbulların müntəzəmliyinə nəzarət və tələbkarlığın artırıldığını bildirib.

Bununla yanaşı, qeyd olunub ki, kriminogen duruma mənfi təsir göstərən amillərdən olan narkotik vasitələrin qanunsuz dövriyyəsi də müvafiq sahədə fəaliyyətin təşkilinə xüsusi diqqət, vəziyyətin daim nəzarətdə saxlanılmasını və adekvat tədbirlərin vaxtında müəyyən edilib icraya yönəldilməsini tələb edir.

Nazir son illər hər iki istiqamətdə işin daha səmərəli yerinə yetirildiyini, lakin uğurlarla yanaşı, ayrı-ayrı ərazi polis orqanlarının fəaliyyətində hələ də müəyyən nöqsan və çatışmazlıqların mövcudluğunu xatırladıb.

Gündəlikdəki birinci məsələ ilə bağlı DİN Katibliyinin rəisi, polis general-mayoru Nüsrət Şirinov məruzə ilə çıxış edib. O deyib ki, ölkəmizdə hər bir şəxsin konstitusion hüquqlarının və qanuni mənafelərinin müdafiəsi sahəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinə uyğun olaraq, vətəndaşların müraciətlərinə baxılması və qəbulu daim ciddi nəzarətdə saxlanılıb, xüsusi həssaslıq və ardıcıllıqla yerinə yetirilib. Müvafiq sahədə idarəçilik fəaliyyətinin, icra intizamına nəzarət mexanizminin təkmilləşdirilməsi, müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi işinə diqqət artırılıb.

Nazirliyin aparatında və struktur qurumlarında "Elektron sənəd dövriyyəsi" sisteminin əhatə dairəsi, o cümlədən proqram təminatı genişləndirilib, müraciətlərin elektron poçt vasitəsilə qəbulu, qeydiyyatının elektron formada aparılması işinin təkmilləşdirilməsi davam etdirilib.

Rəsmi veb-sayta edilən müraciətlərin də Elektron Sənəd Dövriyyəsi sisteminə inteqrasiyası təmin olunub. Nəticədə vətəndaşların sayt vasitəsilə respublikanın istənilən yerindən birbaşa elektron qaydada müraciət etmələrinə, qəbula yazılmalarına dair ərizələrinin elektron formada ötürülməsinə və operativ cavablandırılmasına imkanlar yaradılıb. Həmçinin, əlavə sənəd dövriyyəsinin, vaxt itkisinin, qəbulla bağlı təkrar müraciətlərin qarşısı alınıb, vətəndaşa aid məlumatların sistemli axtarışı təşkil edilib.

Şəhər, rayon polis orqanlarında ərizə və şikayətlərin avtomatlaşdırılmış qeydiyyat bazasının yaradılması və "Elektron Sənəd Dövriyyəsi" sisteminə inteqrasiyası da başa çatdırılıb.

Qeyd edilib ki, Nazirliyin rəhbərliyi tərəfindən son bir il 9 ayda 6.412, o cümlədən kütləvi informasiya vasitələrində qabaqcadan məlumat verilməklə respublikanın bölgələri üzrə 4.223 vətəndaş qəbul olunub. Hər bir müraciətin mahiyyəti üzrə lazımi tədbirlər görülərək qaldırılan məsələlərin əksəriyyəti yerində həll olunub, əmlak mübahisələri və dəymiş ziyanın ödənilməsi məsələləri ilə bağlı hüquqi yardımlar göstərilib.

Eyni zamanda, Nazirliyin müvafiq Kollegiya Qərarının və göstərişinin icrası çərçivəsində şikayətləri doğuran səbəblərin və şəraitin aradan qaldırılması üzrə səmərəli tədbirlər həyata keçirilib. Bütün bunlarla əlaqədar ötən il 456 və carı ilin 9 ayında 295 vətəndaş Nazirliyə minnətdarlıq məktubları ünvanlayıb.

Şikayətlərin araşdırılmasının keyfiyyətinə diqqətin artırılması, qanunçuluğun pozulmasına qarşı təsirli ölçülərin götürülməsi fəaliyyətin aidiyyəti qanunların, fərman və sərəncamların tələblərinə uyğun daha effektli təşkilində əhəmiyyətli rol oynayıb.

Görülmüş bu və digər təşkilati-praktiki tədbirlərlə 2014-cü ildə vətəndaşlardan Nazirliyə daxil olmuş müraciətlərin sayı 4,3 faiz, şikayətlərin sayı 6,9 faiz, Azərbaycan Respublikası Prezidenti Administrasiyasına ünvanlanan müraciətlərin sayı 21 faiz azalıb. Qeyd edilməlidir ki, şikayətlərin araşdırılmasının birbaşa rayon polis orqanlarının rəislərinə həvalə edilməsi və nəticələrinin məruzə olunması tələbi ötən il daxil olan ümumi müraciətlərin dinamikasına müsbət təsir göstərib.

Carı ilin 9 ayında bilavasitə Nazirliyə daxil olan şikayətlərin sayı 9 faiz, o cümlədən təkrar şikayətlərin sayı 3 faiz, Azərbaycan Respublikası Prezidenti Administrasiyasından daxil olan şikayətlərin sayı 2,8 faiz azalıb.

Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanov gündəlikdəki ikinci məsələ barədə məruzə edib. O bildirib ki, Nazirlik tərəfindən respublikada narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərinin məqsədyönlü təşkilinə, bu sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsinə böyük önəm verilərək davamlı tədbirlər görülür.

Əvvəlki illərdə olduğu kimi, narkotiklərlə bağlı cinayətləri hazırlayan və törədən şəxslərin müəyyən edilib məsuliyyətə cəlb edilməsi hesabat dövründə də başlıca vəzifələrdən olub və müvafiq tədbirlər kriminogen durumun nəzarətdə saxlanılmasını, narkotiklərin ölkə ərazisində yayılması cəhdlərinin qabaqlanmasını şərtləndirib. 2015-ci ilin 9 ayında daxili işlər orqanları tərəfindən narkotiklərlə əlaqədar 2497 cinayət, o cümlədən satışı ilə bağlı 659 fakt müəyyən edilib, 115 nəfərdən ibarət 43 cinayətkar qrup zərərsizləşdirilib. Qanunsuz dövriyyədən ötən ilin müvafiq dövrü ilə müqayisədə 37,5 faiz və ya 200 kiloqram çox narkotik vasitə, o cümlədən 116,7 kq tiryək, 34,3 kq heroin, 15 kq həşiş, 547,2 kq marixuana, 18,4 kq sair vasitələr çıxarılıb. Eyni zamanda, 59,4 kq narkotikin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınıb.

Tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyasının və yabanı halda yayılmasının profilaktikası yönümündə xüsusi əməliyyat planı üzrə keçirilmiş tədbirlərlə ümumi çəkisi 169 ton olan çətənə və xaş-xaş kolu aşkarlanaraq məhv edilib. Nazirliyin müvafiq Kollegiya qərarına uyğun olaraq, son bir ilə yaxın müddətdə 75 şəhər, rayon polis orqanı tərəfindən orta, orta-ixtisas və ali təhsil müəssisələrində yeniyetmə və gənclər arasında antinarkotik təbliğatın gücləndirilməsi ilə bağlı 576 görüş təşkil olunub.

Gündəlikdəki məsələlər ətrafında çıxış edənlər görülən işlərdən, buraxılmış nöqsanlardan danışmış, ilin sonunadək onların aradan qaldırılması üçün kəsərli tədbirlərin həyata keçiriləcəyini bildiriblər.

İclasa yekun vuran daxili lər naziri, general-polkovnik Ramil Usubov müzakirə olunan hər iki məsələ üzrə bütövlükdə fəaliyyətin qənaətbəxş olduğunu, eyni zamanda, qeyd olunan nöqsan çatışmazlıqların aradan qaldırılmasını tələb edib, konkret tapşırıq tövsiyələrini verib.

O, xüsusilə vurğulayıb ki, polisin ictimai nüfuzuna və işgüzar imicinə həlledici təsir göstərən vətəndaşların qəbulu müraciətlərinə baxılması orqan rəislərinin və onların müavinlərinin hər zaman diqqətində olmalı, görülən işlər mütəmadi öyrənilməli, təkrar şikayətləri doğuran səbəblərin müəyyən edilməsi, belə halların qarşısının alınması üçün bu növ müractlər vaxtaşırı nəzarət qaydasında yoxlanılmalı, vətəndaşların müraciətləri üzrə aparılmış araşdırmaların nəticələri barədə təşəbbüskarlara bütün hallarda rəsmi cavab verilməlidir.

Nazir narkotik vasitələrin qeyri-qanuni yollarla respublikamıza gətirilməsinin qarşısının alınması, güclü təsirə malik olan narkotiklərin qanunsuz dövriyyəyə girmədən aşkarlanmasına, onları qaçaqmalçılıq yolu ilə ölkəyə gətirən şəxslərin müəyyən edilməsinə yönəldilmiş əməliyyat-axtarış tədbirlərinin daha da gücləndirilməsinin, yeniyetmə və gənclər arasında antinarkotik təbliğatın gücləndirilməsi baxımından ayrı-ayrı əmək kollektivlərində, orta ixtisas və ali təhsil müəssisələrində maarifləndirmə tədbirlərinin keçirilməsinin vacibliyini diqqətə çatdırıb.

Daxili işlər naziri Ramil Usubov Azərbaycan Prezidenti cənab İlham Əliyevin sədrliyi iə Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkə başçısının proqram xarakterli nitqində respublikamızda sabitliyin, əmin-amanlığın hökm sürdüyünü vurğulamasının qürurverici olduğunu, bu işdə onun rəhbərliyi ilə respublikanın hüquq-mühafizə, o cümlədən daxili işlər orqanlarının da danılmaz xidmətini diqqətə çatdırıb. Həmin iclasda dövlət başçısının prinsipial mövqeyini xatırladan nazir sahibkarlıq fəaliyyətinə müdaxilənin, vətəndaşlarla münasibətdə kobudluq, süründürməçilik və korrupsiya hallarının yolverilməzliyini, belə neqativ əməllər törədən əməkdaşlar və onların rəhbərliyi barədə ciddi intizam tənbehi tədbirlərinin görüləcəyini bir daha qeyd edib.

Qarşıdan dövlət əhəmiyyətli mühüm tədbirin-növbəti parlament seçkilərinin gəldiyini xatırladan cənab Ramil Usubov daxili işlər orqanlarının bu sahədə böyük təcrübəyə malik olduğunu, asayişin qorunması və təhlükəsizliyin təmini məsələlərində onların üzərinə qanunvericilikdən irəli gələn mühüm vəzifələr düşdüyünü, əvvəlki illərdə və anoloji tədbirlərdə olduğu kimi, hər bir əməkdaşın qarşıya qoyulan bütün tapşırıqların öhdəsindən layiqincə gələcəyinə əminliyini ifadə edib.

O, bir daha qeyd edib ki, bu gün daxili işlər orqanlarının qarşısında duran əsas vəzifə dövlətimizin tərəqqisi qüdrətlənməsi, xalqımızın sosial rifahının yüksəldilməsi sahəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən dövlət siyasətinin başlıca təminatlarından olan ictimai-siyasi sabitliyin etibarlı qorunması, daha da möhkəmləndirilməsidir. Ölkəmizdə sabitliyi, əmin-amanlığı pozmaq, qarışıqlıq, xaos və anarxiya yaratmaq istəyən qüvvələrin qarşısı qanunların verdiyi imkanlar çərçivəsində ən sərt, qətiyyətli şəkildə alınacaqdır.

Daxili işlər naziri ölkə Prezidenti cənab İlham Əliyevi əmin edib ki, şəxsi heyət ölkənin qanunlarından, dövlət başçısının fərman sərəncamlarından irəli gələn tələbləri layiqincə yerinə yetirəcək, xalqa dövlətə sədaqətlə xidmət edəcək, sabitliyin, əmin-amanlığın, habelə dövlətin və vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən etibarlı qorunması üçün qüvvə və bacarığını əsirgəməyəcək, həmişə olduğu kimi, cari ili də yüksək göstəricilərlə başa vuracaqdır.




VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Müəllimlərin geyim forması ilə bağlı yeni standartlar bəzən yanlış başa düşülür...

"Trampla İranın gizli razılaşdıqları başqa bir mətn var" - İddia...

Tramp dünyanı yenə heyrətləndirdi...

SON XƏBƏRLƏR

19.06.2026 / 23:12
İran ABŞ-ı açıq təhdid etdi - bu dəfə daha sərt şillə yeyəcəklər...

19.06.2026 / 22:50
Vətənə tuşlanan düşmən gülləsinə sinəsini sipər etdi – Elvin Şahmarlı

19.06.2026 / 22:37
İlham Əliyev 3 super dövlətin birgə keçmiş siyasətini cəsarətlə ifşa etdi...

19.06.2026 / 22:15
AB edamlara görə İranı tənqid etdi

19.06.2026 / 21:54
Bir gündə onlarla gəmi: Hörmüz boğazında canlanma müşahidə olunub

19.06.2026 / 21:30
Azərbaycanın üstündən daşınan yük 15-dən 30 milyon tona çatdırılacaq...

19.06.2026 / 21:06
Qarabağ münaqişəsinin bu qədər uzanmasının unikal səbəbi... dünya eşitdi...

19.06.2026 / 20:47
Azərbaycanın Ermənistanla siyasətinin 2 əsas prinsipi bəyan edildi - “unutmayacağıq” və “yenidən qisas almayacağıq”...

19.06.2026 / 20:32
Çingiz Əsgərov Avropa Məhkəməsinin anti-Azərbaycan qərarlarını tutarlı arqumentlərlə alt-üst etdi...

19.06.2026 / 20:15
Rüstəm Minnixanov Prezident İlham Əliyevə məktub ünvanlayıb

19.06.2026 / 20:10
Trampın "mənə yalvardı" iddiaları Melonini qəzəbləndirdi – XİN başçısı ABŞ səfərini ləğv etdi

19.06.2026 / 19:51
Azərbaycan-Ermənistan sərhədində zəlzələ...

19.06.2026 / 19:38
Xamenei ABŞ-la razılaşmanı bir ŞƏXSİN xahişindən sonra qəbul etdi...

19.06.2026 / 19:17
Rusiya ABŞ və Fransa kimi düşmənlərin Ermənistanda hərbi təliminə susdu...

19.06.2026 / 19:03
Ekoloji koalisiya Ermənistanda keçiriləcək COP17 sammitinin iştirakçılarına müraciət etdi

19.06.2026 / 18:49
İslam İnkişaf Bankı Qrupunun toplantıları çərçivəsində 32 saziş imzalandı..

19.06.2026 / 18:36
Hörmüzün açılması neftin qiymətinə və dolların nüfuzuna maraqlı təsir göstərdi...

19.06.2026 / 18:15
Abituriyentlərin 40 faizə yaxını imtahanlarında 200-dən az bal toplayıb...

19.06.2026 / 18:01
Kılıçdaroğlu Dəniz Baykala qarşı intim video komplosu ilə necə CHP başqanı oldu? – Vikiliks açır...

19.06.2026 / 17:46
Ceyhun Bayramov Almaniya səfiri Horlemannı qəbul edib

19.06.2026 / 17:36
Paşinyan 7 iyun seçkidən sonra Avrasiya İqtisadi Birliyinə münasibətini dəyişir...

19.06.2026 / 17:32
Ermənistan kömək üçün Avropanın qapısında rəsmi "əl açıb"...

19.06.2026 / 17:23
“XXI Əsrin Qadınları” İctimai Birliyi daha bir maarifləndirici tədbir keçirib

19.06.2026 / 17:23
Ermənistanda müxaliflərin kütləvi həbs mərhələsi başladı...

19.06.2026 / 17:16
Dünyada gübrə bahalaşır, amma ölkəmizin gübrə gəliri azalır... Niyə?

19.06.2026 / 17:11
Trampın “daha yaxşı” dediyi İran razılaşmasının Obama sazişindən ciddi fərqi yox imiş ki...

19.06.2026 / 17:03
Moskvada azərbaycanlı biznesmenlərin bazarını Ukrayna vurmadı -iddia...

19.06.2026 / 16:50
Bakıda saxlanılan Rusiya vətəndaşlarına hökm oxundu

19.06.2026 / 16:31
Süni intellektin yayılması Azərbaycan ombudsmanı qarşısında tələblər qoydu...

19.06.2026 / 16:05
Türkiyənin ən gözəl turizm kəndlərinın adı açıqlandı - FOTO

19.06.2026 / 15:47
Netanyahu yenə meydan oxudu - “İsrail qoşunları Livandan çıxmayacaq…”

19.06.2026 / 15:41
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi... - FOTO

19.06.2026 / 15:34
Lavrov NATO-Rusiya danışıqlarını aldadıcı taktika adlandırdı - “…diplomatik örtükdür”…

19.06.2026 / 15:07
Daha 80 nəfər Xankəndi və Ağdərəyə köçdü...

19.06.2026 / 14:59
NATO və ABŞ şübhəli şəkildə razılaşdılar - 3.0 konsepsiyası...

19.06.2026 / 14:48
Bəzi sahibkarlara elektrik qoşulması üçün dövlət dəstəyi veriləcək

19.06.2026 / 14:46
Məktəbəqədər təhsildə yeni model tətbiq ediləcək - Prezident fərman imzaladı...

19.06.2026 / 14:42
İsraildə Trampa qarşı təhqiramiz media kampaniyası başladıldı - "80 yaşlı uşaq"...

19.06.2026 / 14:41
“Vətənpərvərlər Maarifləndirmə” İB-yi 18 iyunda Milli Qəhraman Mübariz İbrahimovun anım gününə həsr olunmuş tədbir keçirib

19.06.2026 / 13:58
Benzin və dizeldən imtinaya çağıran sanballı dövlət başçılarından kim(lər) elektromobildə gəzir?..

19.06.2026 / 13:32
Azərbaycanda utilizasiyaya verilən avtomobillərin sayı 30 mini keçdi...

19.06.2026 / 13:18
14 bəndlik razılaşmanı kim üddü - Tramp, ya Xamenei?..

19.06.2026 / 13:11
Prezident "Diplomatik xidmət haqqında" qanuna dəyişiklikləri təsdiqlədi

19.06.2026 / 13:10
Azərbaycanın Portuqaliyada səfirliyi təsis edildi

19.06.2026 / 13:03
Media ilə bağlı qanun layihəsi ilk oxunuşda təsdiqləndi...

19.06.2026 / 12:49
Reuters: “SEPAH İraqda Körfəz ölkələrinə qarşı gizli qruplar yaradıb”

19.06.2026 / 12:46
CNN:ABŞ və İran memorandumu üçün gizli icra planları hazırlanır

19.06.2026 / 12:16
Prezident Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim etdi - FOTO

19.06.2026 / 11:57
Sənədsiz evlər üçün amnistiya elan edilməsi təklif olunur...

19.06.2026 / 11:46
"Məqsəd sadəcə istehsalın həcmini deyil, məhsuldarlığı və keyfiyyətini artırmaqdır" - Prezidentin köməkçisi

19.06.2026 / 11:30
ABŞ ordusu Sakit Okeanda daha bir narkoticarət gəmisini "ovladı"

19.06.2026 / 11:24
Özəl yeni partiya yaratmaq istəmədiyini dedi - amma qurultay tələbi keçməzsə...

19.06.2026 / 11:11
Şəmkirdə aqrar sahəyə dair regional müşavirə keçirilir

19.06.2026 / 08:52
Vens İsveçrəyə getməyəcək - səbəb Livanla bağlıdır?..

19.06.2026 / 08:45
Sənətçi etiraz etdi - “Xəbərim yoxdu…”

19.06.2026 / 08:30
Vensdən İsrailə xəbərdarlıq - “Tramp sizin yeganə müttəfiqinizdir…”

18.06.2026 / 23:28
Düşmənə sipər və üzü... Naxşıvan diyarına baxan dağlar....

18.06.2026 / 23:14
Vüsalın Vətən sevgisi həyatı üçün istinad yeridir...

18.06.2026 / 22:50
Prezidentin sosial şəbəkə səhifələrində İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarının açılış mərasimindən görüntülər paylaşılıb - VİDEO

18.06.2026 / 21:53
Ermənistanın revanşçı müxalifəti “Qarabağ iddialarını” yenidən rəsmən qaldırdı...

18.06.2026 / 21:19
Böyük 7-lər Trampın Ukrayna siyasətinin dəyişdiyini yekun bəyanata daxil etdilər...

18.06.2026 / 20:31
Erməni məhsulları Avropa bazarına “su kimi axacaq” - ildə 420 milyon...

18.06.2026 / 19:37
Netanyahu Trampı saymadı – Livandan geri çəkilməyəcəyik...

18.06.2026 / 19:22
Bəzi ixracatçı sahibkarlar Azərbaycan dövlətindən əlavə pul alacaqlar...

18.06.2026 / 19:05
Zaxarova Kallasın açıqlamasını absurd adlandırdı

18.06.2026 / 18:41
Ermənistanın KTMT-də səsvermə hüququ ləğv edilə bilər...

18.06.2026 / 18:14
Rusiya Ermənistana nota verdi – “çaşqınlıq içindəyik”...

18.06.2026 / 17:57
Müəllimlərin geyim forması ilə bağlı yeni standartlar bəzən yanlış başa düşülür...

18.06.2026 / 17:53
Kərim Vəliyev MDB Qərargah Rəisləri Komitəsinin iclasında iştirak edib

18.06.2026 / 17:40
Azərbaycanın kamandan oxatma üzrə idmançısı IV Avropa Oyunlarında iştirak etmək üçün kvota qazanıb

18.06.2026 / 17:35
"Saxta profillər rəqəmsal mühitdə ən ciddi təhlükələrdən biridir" - DİN rəsmisi

18.06.2026 / 17:22
Rusiyanın İranla aviasiya ticarəti yenidən qızışdı... Hələlik 20 helikopter...

18.06.2026 / 17:16
Avropadan Ukraynaya hərbi təyyarələrin yeni axını başladı...

18.06.2026 / 16:59
20 il idarə etdiyi müəssisəni "Korrupsiya" yoxlayır, özünə yeni vəzifə verirlər - MÜƏMMA...

18.06.2026 / 16:52
Azərbaycan və Rusiyanın beynəlxalq təşkilatlarda əməkdaşlıq məsələləri Bakıda müzakirə edildi

18.06.2026 / 16:44
Tramp Yaxın Şərqi şiə-sünni müharibələrinə çəkir - "Böyük 7-lər" niyə susdu...

18.06.2026 / 16:27
Azərbaycanda ilk dəfə paraüzgüçülük üzrə ölkə çempionatı keçirilib

18.06.2026 / 16:19
Tramp İranı hər an yenidən bombalayacağını bəyan etdi...

18.06.2026 / 16:00
Məhkəmə qərarı ilə partiya başqanlığına gətirilmiş Kılıçdaroğlu qurultaydan niyə qorxur?..

18.06.2026 / 15:56
Prezidentin aqrar müşavirəsi liberal iqtisadiyyat yolunda yeni mərhələ açır...

18.06.2026 / 15:31
"Trampla İranın gizli razılaşdıqları başqa bir mətn var" - İddia...

Prezidentin aqrar müşavirəsi liberal iqtisadiyyat yolunda yeni mərhələ açır...

XƏBƏR ARXİVİ