Yaxın vaxtlarda Almatı-Tiflis və Almatı-İstanbul aviareyslərinin uçuş marşrutları da dəyişə bilər. Təyyarələr aviareysləri Xəzər dənizinin üzərindən keçməməklə həyata keçirəcək. Hazırda "Air Astana” Rusiya tərəfindən müvafiq icazəni gözləyir. Çünki nəzərdə tutulan marşrutlar məhz Rusiya ərazisindən keçəcək.
"Air Astana” aviaşirkətinin verdiyi məlumata görə, dəyişiklik nəticəsində Almatıdan Bakıya uçuşun müddəti 15 dəqiqə artacaq. Yəni əvvəlki 3 saat 25 dəqiqə əvəzinə aviareysin yerinə yetirilməsi üçün 3 saat 40 dəqiqə vaxt sərf olunacaq. Yanacaq sərfiyyatı da artacaq, lakin bu, aviabiletlərin qiymətinə təsir göstərməyəcək.