Bu günlərdə yeni bir kitab işıq üzü görüb. İbn Hişamın müəllifi olduğu "Muhəmməd Peyğəmbərin həyatı (s)” adlı kitabı ərəbcədən Azərbaycan dilinə Elmira Qafarova tərcümə edib. Oxuculara təqdim edilən kitab Muhəmməd Peyğəmbərin həyatı haqqında ən etibarlı mənbədən tərcümə edilib.
Kitab Elmira Qafarovanın tərcüməsində 4 cilddə təqdim ediləcək. Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Əli Həsənovun rəyi əsasında işıq üzü görən kitab Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin DK 544/0 saylı 16 iyul 2015-ci il tarixli razılıq məktubu ilə çap edilib. Kitaba ön sözü AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor, millət vəkili Gövhər Baxşəliyeva yazıb.