Financial Times, Bloomberg kimi nüfüzlu Qərd mətbu orqanları Azercell və onun İsveç səhmdar kompaniyası "TeliaSonera"da ciddi korrupsiya əməllərinin aşkar edildiyi barədə sensasiyalı xəbər yayıb. Bu barədə baki-xeber.com haqqın.az saytına əsasən xəbər verir.. Xəbərdə bildirilir ki, «Muddy Waters» araşdırma firmasının İsveç telefon kompaniyasının fəaliyyətində şəffaflığı şübhə altına qoyan hesabat hazırlamasının ardından «TeliaSonera»nın səhmləri kəskin şəkildə ucuzlaşıb. «Bloomberg» agentliyinin xəbərinə görə, «Muddy Waters» «TeliaSonera»nı Avrasiya məkanında korrupsiya əməlləri barədə informasiyaları gizləməkdə suçlayıb.. Kompaniya analitiklərinin qiymətləndirməsinə görə, Avrasiya məkanında və Nepalda keçirilən əməliyyatlarda 17 milyarddan artıq İsveç kronu (2 milyard dollar) məbləğində rüşvət verilib.
"Hesabatın dərc olunmasinin ardından «TeliaSonera»nın səhmlərinin qiyməti 6 faiz düşüb, bu isə son üç ildə ən böyük enişdir” – deyə «The Financial Times» yazır.
Qərbin nüfuzlu nəşrlərinin xəbərinə görə, artıq ABŞ, Niderland və İsveç hökumətləri "TeliaSonera"nın Özbəkistandakı biznesini araşdırmağa başlayıb. Bu yoxlama isə qurumun sədrlər şurasında yerdəyişmələrə səbəb olub və qurum əsas Avropa bazarından kənardakı əməliyyatlarını satmaq qərarı verib.
Öz növbəsində «TeliaSonera» özü bəyan edib ki, «Muddy Waters»in hesabatında əldə edilən nəticələri tanımır. Kompaniyada bildiriblər ki, ABŞ, Niderland və İsveçlə əvvəlki səviyyədə əməkdaşlıqları davam edir. «Muddy Waters» isə israr edir ki, Özbəkistanda «TeliaSonera» 3,1 milyard İsveç kronu (376,5 milyon dollar) rüşvət verib və bu, yalnız aysberqin görünən hissəsidir. «Muddy Waters» analitikləri hesab edir ki, «TeliaSonera» Avrasiyada və Nepalda fəaliyyət göstərdiyi müddət ərzində 17 milyard İsveç kronu rüşvət verib. Bundan əlavə, kompaniya Azərbaycandakı problemli biznes ortağına 7,6 milyard kron (923 milyon) əlavə məbləğ ödəməlidir. «Muddy Waters» «TeliaSonera»nın sədrlər şurasına məktub yazaraq göstərib ki, qrupun maliyyə hesabatı ictimaiyyətə tam fərqli şəkildə təqdim olunur və məcburi silinmələr 20 miluard krona (2,4 dollar) çata bilər. Hesabatda o da bildirilir ki, bir çox Avrasiya ölkələrində biznesini satmasına baxmayaraq, «TeliaSonera» «Azercell» vasitəsilə Azərbaycandakı potensial korrupsiya ortaqlarına dividendlər ödəməkdə davam edir. «Muddy Waters» ekspertlərinin hesablamasına görə, «TeliaSonera» Azərbaycandakı şübhəli ortaqlarının xeyrinə 9,1 milyard kron (1,1 milyard dollar) ödəniş edib. «TeliaSonera» isə öz növbəsində fəaliyyətinin şəffaf olduğunu bəyan edib və bildirib ki, bu vaxta kimi şirkət Amerika dövlətindən heç bir irad almayıb və bundan sonra belə bir irad olarsa maliyyə hesabatı barədə danışmaq olar.
Qeyd edək ki, səhmlərini 37 faizi İsveç hökumətinə aid olan «TeliaSonera»nın Özbəkistan, Tacikistan, Qazaxıstan, Azərbaycan, Moldova, Gürcüstan və Nepalda kompaniyaları var.