Əsəd rejiminin quru qoşunları Rusiya hərbi aviasiyasının havadan dəstəyilə Alepponun cənubunda 11 yaşayış məntəqəsi üzərinə hücuma keçib. Bu barədə baki-xeber.com Anadolu Agentliyinin xəbərinə əsasən bildirir.
Xəbərdə bildirilir ki, Əsəd qüvvələri Rusiya təyyarələrinin dəstəyilə Alepponun cənubunda yerüstü əməliyyata başlayıb, şimalda isə İŞİD-in qoyub çıxdığı Tel Naam kəndini nəzarətə götürüb. Digər tərəfdən Rusiya təyyarələri Alepponun cənubundakı Xıdır və Əl-Əys kəndlərində səhra hospitallarına hücum edib. Nəticədə hospitalların dağıdıldığı bildirilsə də, ölü və yaralı sayı barədə məlumat verilmir. Yerli mənbələrin xəbərinə görə, müxalifət Alepponun cənubunda nəzarətində olan rayonlarda "ümumi səfərbərlik” elan edib.