Dünən Qırğızastanın hüquq-mühafizə orqanları Asiyada ən iri bazarlardan olan "Dordoy” topdansatış bazarını mühasirəyə alıb. Bu barədə baki-xeber.com gazeta.ru saytına istinadən xəbər verir. Səbəb SİZO-dan dustaqların qaçmasıdır.
"Ərazinin yoxlanması ilə bağlı tədbirlər görülür” – deyə ölkənin Daxili İşlər Nazirliyindən bildirilib. Bazarın ərazisi 137 ha təşkil edir. Burada 40 min ticarət köşkündə 50 mindən çox insan çalışır.
Xatırladaq ki, 12 oktyabr tarixində 50 saylı SİZO-dan 9 dustaq qaçıb. Onlarla atışma nəticəsində 4 həbsxana işçisi, o cümlədən 43 yaşlı polkovnik-leytenant Tilek Abılqaziyev həlak olub. Qaçan dustaqların 4-ü hələ də azadlıqdadır. Hadisənin ardından Qırğızıstanda strateji obyektlərin mühafizəsi gücləndirilib. Fakt üzrə cinayət işi açılıb.