Cümə axşamı günü, 05 noyabr 2026
     

Bəzi namizədlər virtual səsverməni şişirtməklə seçkidə gözlənilən məğlubiyyətlərini pərdələmək yolu tutublar

Image


Bəzi deputatlığa namizədlər özlərinə virtual aləmdə mandat qazanmaq yolunu tutublar. Xüsusilə də bu seçkilərdə sözügedən tendensiya özünü daha qabarıq şəkildə bürüzə verir. Təşkil olunan səsvermələrdə müxtəlif yolla öz adlarının qabağına çoxlu sayda "quş qoydurmağı" bacaran bəziləri isə indidən belə bir anons da verir:
"Görürsünüz, virtual səsvermənin nəticəsi mənim həmin dairədən qalib olduğumu şərtləndirir. Uduzsam, demək seçki saxtalaşdırılıb". Bu nə deməkdir? İndidən seçkinin qeyri-legetimliyi ilə bağlı işlədiləcək fikirlər üçün zəmin yaratmaq. İndi isə virtual səsvermənin necə və hansı texniki imkanlarla keçirildiyinə diqqət edək.
"Səsvermədə geridəyəm, mənə səs ver". "Dostlarına da de, mənə səs versinlər". Parlament seçkilərinin təbliğat-təşviqat dövrünə start verildiyi gündən bəri əksər insanlara bu tip mesajlar gəlməkdədir. Ya namizədlərin özləri, ya da yaxınları insanları müxtəlif internet saytlarında keçirilən sorğulara yönləndirərək aktivlik nümayiş etdirməyə çalışır. Sanki deputatlar dairələr üzrə deyil, ümumdünya üzrə seçiləcəklər. Belə ki, o sorğu linkinə sahib Mozambik vətəndaşı da, hollandiyalı, şotlandiyalı da istədiyi adamın önünə "quş" qoya bilər.
Yəni deputatlığa namizəd seçilmək istədiyi dairədə insanlarla münasibət qurmağı kənara qoyub, dairəsinə aidiyyətsiz, seçkinin nəticələrinə heç bir faydası olmayan işlərlə məşğuldur. Fəqət bu sorğu ilə bağlı ciddi yönləndirmə də hiss olunmaqdadır.
Xüsusilə hər seçkidə məğlub olmağa alışmış namizədlər var gücləri ilə bu sorğuları reklam edir. Əllərindəki böyük Facebook səhifələri ilə insanları bu sorğulara yönləndirənlərin bir məqsədi var: seçkinin nəticələrinə kölgə salmaq.
Belə ki, əhali arasında ciddi dayağı olmayan, namizədliyini irəli sürdüyü dairədə bundan öncəki seçkilərdə açıq fərqlə məğlub olan ənənəvi namizədlər Virtual Səsvermədə öndə olmağa çalışır.
Maraqlıdır ki, Azərbaycanda populyar olan səsvermə saytlarının əksəriyyəti ya xaricdə qeydiyyatdan keçib, ya da qurucularının xarici donor təşkilatları ilə əlaqələri var.
Ən maraqlısı isə budur ki, həmin saytlar MSK kimi dövlət qurumunun loqosundan da istifadə edir.
Bütün bunlar nə dərəcədə qanunauyğundur?
"Konstitusiya" Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev hesab edir ki, hər hansı bir saytın razılıq olmadan başqa bir qurumun loqolarından istifadə etməsi müəllif hüquqlarının pozulması halıdır: "Dövlət atributlarının istifadə qaydaları var. Ayrı-ayrı qurumların loqolarından istifadəyə gəldikdə, bu, müəllif hüquqları ilə bağlı olan məsələdir. Məsələnin başqa bir tərəfi onunla bağlıdır ki, MSK adından görüntü yaradılması həmin qurumun imicinə ziddir. MSK bu məsələ ilə bağlı vaxtında bəyanat verməlidir ki, sonradan belə hal müxtəlif söz-söhbətlərin yaranmasına gətirib çıxarmasın. Bəzi hallarda bu tip məsələlər provokasiya xarakteri də daşıyır və bu sonradan MSK-nın nüfuzuna əhəmiyyətli dərəcədə ziyan vura bilər. Ya da gələcəkdə həmin saytda keçirilən səsvermənin nəticələrindən istifadə edərək, bir çox şəxslər apelyasiya şikayəti verə bilər. Onlar həmin nəticələrə istinad edərək, seçkidə başqa nəticələr olarsa, saxtakarlığın baş verdiyini söyləyə bilərlər. Halbuki, virtual səsvermədə, seçki dairəsində yaşayıb-yaşamamasından asılı olmayaraq, istənilən şəxsin həmin namizədə səs verməsi mümkündür. Bu da müəyyən qarşılıqlı problemlərə yol açar. Həmçinin bu məsələ təzyiq vasitəsi kimi də qiymətləndirilə bilər. Ona görə düşünürəm ki, belə məqama vaxtında reaksiya verilməlidir. Bundan kimlərsə şəxsi maraqlar naminə də yararlana bilər. Belə hallar seçkiyə müdaxilə görüntüsü yaratmamalıdır".
Göründüyü kimi, virtual səsvermənin keçirilməsindən istifadə edən bəzi namizədlərin bir hədəfi var. Real seçkinin nəticələri ilə bağlı indidən şübhə toxumu səpmək...
Məhəmmədəli QƏRİBLİ





VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 15:53
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 15:50
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ