3-10 oktyabr tarixlərində Türkiyə və Rusiya təyyarələri 13 dəfə bir-birinə təhlükəli həddə yaxınlaşıb. Baki-xeber.com-un TASS-a istinadən xəbərinə görə, bu barədə Türkiyə xarici işlər nazirinin müavini Ali Kemal Aydın açıqlama verib.
"Oktyabrın 3-dən 10-na kimi Rusiya təyyarələri iki dəfə bizim hava sərhədlərimizi pozub, üç təyyarə təhlükəli manevrlər edib, eyni zamanda Rusiya hərbi təyyarələrinin Türkiyə təyyarələrinə 13 dəfə təhlükəli həddə yaxınlaşması qeydə alınıb” – deyə o bildirib. Nazir müavini onu da deyib ki, ölkəsi Türkiyə hava sərhədlərinin Rusiya təyyarələri tərəfindən pozulması olayını böyütmək istəmir, lakin heç bir ölkə hava sərhədlərinin pozulmasına səssiz qala bilməz.