Səmimi qəbula görə təşəkkürünü bildirən ABŞ səfiri seçkilərin ölkə üçün əhəmiyyətini qeyd edərək, Azərbaycan Milli Məclisinə cari ildə keçiriləcək seçkilərlə bağlı görülmüş işlərlə maraqlanıb. R.Sekuta, həmçinin məcburi köçkün seçicilərin səsverməsi ilə maraqlanıb və bu qəbildən olan seçicilərin səsverməsinin təşkili sahəsində MSK tərəfindən görülmüş işlərin əhəmiyyətini vurğulayıb.
Qonağın suallarını cavablandıran M.Pənahov ölkəmizin seçki qanunvericiliyi, seçki komissiyalarının fəaliyyət prinsipləri, noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərlə bağlı gerçəkləşdirilmiş genişmiqyaslı tədbirlər, eləcə də vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin edilməsi üçün atılacaq addımlar və nəzərdə tutulan layihələri diqqətə çatdırıb.