Səudiyyə Ərəbistanının başçılığı ilə koalisiya qüvvələrinin Yəmənin Taiz şəhərində keçirdiyi əməliyyat nəticəsində 15-i husi olmaqla 18 nəfər həlak olub, 48 nəfər isə yaralanıb. Bu barədə baki-xeber.com Anadolu Agentliyinə istinadən xəbər verir.
Polisin açıqlamasına görə, koalisiya qüvvələri husilərin Taiz şəhərindəki mövqelərini, Taiz aeroportunu və üç körpünü bombalayıb. Bundan əlavə, Xalq Müqavimət Hərəkatı ilə husilərin "Ənsarullah” hərəkatının döyüşçüləri arasında baş verən toqquşmalar nəticəsində 22 husi, 13 Müqavimət Hərəkatı döyüşçüsü yaralanıb. Eyni zamanda xəbər verilir ki, husilər Taizdə yaşayış məntəqəsinə hücum edib, nəticədə 3 nəfər dinc sakin ölüb, 13-ü isə yaralanıb.
Xəbərdə o da bildirilir ki, koalisiya qüvvələri, Yəmən ordusu və Xalq Müqavimət Hərəkatı Əl-Cevf rayonunun azad edilməsi üçün birgə yerüstü əməliyyatlara başlayıb.