ABŞ dövlət katibi Con Kerri yaxın Şərq regionuna səfər edəcək. Baki-xeber.com-un Anadolu Agentliyinə istinadən xəbərinə görə, səfərin məqsədi son zamanlar israillilərlə fələstinlilər arasında baş verən silahlı-silahsız insidentlərin çoxalmasıdır.
ABŞ Dövlət Departamentinin mətbuat katibi Con Kirbi brifinq zamanı İsraildə artan gərginlik barədə sualları cavablandırıb. O qeyd edib ki, ABŞ dövləti İsrail və Fələstin hökumətlərilə danışıqlar aparır. Bu günlərdə isə Con Kerri Yaxın Şərqə səfər edərək münaqişə tərəflərini sakitliyə çağıracaq. Kirbi səfərin konkret tarixini açıqlamayıb. Yalnız "Cənab Kerri aydın şəkildə bildirdi ki, hər iki tərəfdən gərginliyin azaldılması və stabilliyin əldə olunması yönündə fəaliyyətlərin gücləndirilməsini istəyəcək. O bu səfəri yaxın zamanlarda gerçəkləşdirmək fikrindədir, lakin bu gün mən konkret tarix göstərə bilmərəm”- deyə o bildirib.