Binəqədi Rayon Polis İdarəsi 5-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 12-də Azər İsayevə bıçaqla xəsarət yetirməklə sağlamlığına ağır zərər vurmuş Samux rayon sakini Elşad Həsənli tutulub. Bu barədə baki-xeber.com Daxili İşlər nazirliyinin saytına istinadən xəbər verir.
Faktla bağlı cinayət işi açılıb.