Rusiya prezidenti Vladimir Putin Nazarbayevlə görüşmək üçün Astanaya gəlib. Baki-xeber.com-un TASS agentliyinə istinadən xəbərinə görə, Qazaxıstan rəhbərinin Astanadakı iqamətgahında start götürən görüş hər iki ölkənin himnlərinin səslənməsilə başlayıb. Xəbərə görə, görüşün gündəliyində əsas yerləri Suriyadakı vəziyyət, Ukrayna böhranı və Avrasiya İqtisadi İttifaqı çərçivəsində qarşılıqlı fəaliyyət tutur.