ABŞ quru qoşunları qərargahının rəhbəri Mark Milli Birləşmiş Ştatların Avropada hərbi potensialını artırmaq fikrində olmadığını bildirib.Baki-xeber.com Gazeta.ru saytına istinadən bu barədə xəbər verir. "Bizim belə bir niyyətimiz yoxdur və mən düşünmürəm ki, Avropada əsgər sayını 300-350 min artırmaqla soyuq müharibə dövrnə qayıtmağa ehtiyac var”- deyə Defence News-a açıqlamasında o bildirib.
Yeni qərargah rəisi Rusiyanın Suriyada mövcudluğunu da şərh edib. Onun sözlərinə görə, Rusiya bununla "konflikt odunun üstünə yağ töküb”. "Bu isə narahatlıq doğurur və mənim fikrimcə, Suriyada vəziyyəti daha da ağırlaşdırır” – o deyib.
Daha öncə verilən xəbərə görə, Vaşinqton Varşava ilə ABŞ hərbi bazasının ağır texnikasının yerləşdirilməsilə bağlı razılaşma imzalayib.