Noyabrın 1-ə təyin edilmiş parlament seçkiləri ilə əlaqədar Milli Məclis Aparatının mətbəəsində bu gün seçki bülletenlərinin nəşr olunmasına başlanılıb.
Trend-in məlumatına görə, parlamentə seçkilərlə əlaqədar 125 dairə üzrə ümumilikdə 5 milyon 344 min 431 ədəd bülleten çap olunacaq.
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında bildirib ki, seçki bülletenləri Naxçıvan Muxtar Respublikasındakı seçki dairələrinə, sonra Azərbaycanın digər ucqar rayonlarındakı dairələrə, ən sonda isə Sumqayıt, Abşeron və Bakıdakı seçki dairələrinə paylanılacaq.