Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və bu ölkədə səfərdə olan Finlandiya prezidenti Sauli Niiniste Ankarada terror aktının törədildiyi ərazini ziyarət edib. Bakı-xeber Anadolu Agentliyinə əsasən bildirir ki, prezidetlər və onları müşayiət edən rəsmi şəxslər həlak olanların xatirəsini bir dəqiqəlik sükutla anaraq, hadisənin baş verdiyi dəmiryolu vağzalının önünə qərənfillər düzüblər. Prezidetləri xanımları Əminə Ərdoğan və Yenni Haukio, həmçinin Türkiyə daxili işlər naziri Səlami Altınok müşayiət edib.