Honkonqun Cathay Pacific aviaşirkəti Rusiyanın raket zərbələri üzündən İran və Xəzər dənizi üzərindən sərnişin təyyarələrinin uçuşunu dayandırmalı olub. Bu barədə baki-xeber.com gazeta.ru saytına istinadla xəbər verir. Xəbərdə bildirilir ki. qərar Avropa agentliyinin sərnişin avialaynerlərinin uçuşlarından narahatlıq ifadə edilməsinin ardından təhlükəsizlik məqsədilə verilib. Eyni zamanda qeyd olunur ki, Rusiyanın raket zərbələri davam edərsə, bu qərara Air France kimi digər iri aviaşirkətlər qoşula bilər.
Pentaqon isə Rusiyanı qanadlı raketlərlə bağlı əməliyyatlarında "qeyri-peşəkar” davranmaqda ittiham edib.