Pentaqon Suriya və İraqda, onların təxminlərinə görə, "İslam dövləti” terror təşkilatının 20-30 min arası üzvünün döyüşdüyünü bildirib. Bu barədə baki-xeber.com RİA”Novosti”yə istinadən bildirir. "Bizim təxminlərimizə görə, orada 20-30 min arası terrorçu döyüşür” – deyə qərargah nümayəndəsi Stiv Uorren bildirib. Lakin Uorren mətbuatın ABŞ başda olmaqla beynəlxalq koalisiyanın bu günə kimi 20 minə yaxın İŞİD üzvü öldürdüyünə dair yazdıqlarını şərh etməyib.