Suriya müxalifəti onun "İslam dövləti” terrorçu qruplaşmasına və Əsəd qüvvələrinə qarşı apardığı mübarizəni dəstəkləyən ölkələrə müraciət edib. Bu barədə baki-xeber.com RBK-ya istinadən bildirir. 10 gün əvvəl edilən müraciətində müxalifət dost ölkələrdən zenit qurğuları istəyib.
"Biz başa düşürük ki, bu sadə məsələ deyil, xüsusilə Suriya səmasında müxtəlif ölkələrin təyyarələrinin olduğu indiki zamanda” – deyə The New York Times "13-cü bölmə”nin komandiri Əhməd əl-Səuddan sitat gətirir. Nəşr xatırladır ki, vaxtilə sovet ordusu Əfqanıstanda Amerikanın zenit raketlərilə silahlanmış ordu ilə döyüşürdü. Həmin döyüşçülərin bir qismi sonradan "Əl-Qaidə”yə qoşuldu. "Bu kabus o zamandan Amerika siyasətçilərini təqib edir, o üzdən Suriya müxalifəti zenit silahları ala bilmir” yazan nəşr onu da bildirir ki, bu zenit raketləri Rusiya aviasiyasına atılacaq. Müxalifət təmsilçisi deyir ki, Rusiyanın Suriyada əməliyyatlara başlamasından sonra Qərb ilk dəfə onlara tank əleyhinə qurğular verib. Onun sözlərinə görə, iki gün ərzində onun bölməsi həmin qurğuların köməyilə Əsəd qüvvələrinin 7 zirehli maşınını və tankını məhv edib. "Biz nə istəyiriksə, sonda onu aliriq”- deyə əl-Səud bildirib.
Nəşr sonda Pentaqonun Suriya müxalifətilə bağlı planlarının dəyişdiyini yazır.