Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 5-də Gürcüstan vətəndaşı Xədicə Tağıyevanın evindən qızıl boyunbağı oğurlamış Sədərək rayon sakini Musa Fətullayev tutulub. Bu barədə baki-xeber.com Daxili İşlər Nazirliyinin saytına istinadən bildirir.
Binəqədi rayonunda həmin ərəfədə daha bir oğurluq faktı qeydə alınıb. Belə ki, Binəqədi RPİ 4-cü PB əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 11-də "Bakı İstehsalat Tikinti” şirkətindəki xidməti otaqlardan birində olan seyfdən 1200 manat oğurlamış oranın işçisi, Bakı şəhər sakini Elbrus Məmmədov tutulub.
Hər iki faktla bağlı cinayət işi açılıb.