Ötən şənbə Ankarada yaşanan teraktın iki nəfər bombaçı-kamikadze tərəfindən törədildiyi dəqiqləşib. Baki-xeber.com Habertürk-ə istinadən xəbər verir ki, onlardan birinin bədəni tamamilə parçalanıb. Hazırda Ankara Cumhuriyyət Baş prokurorluğu onların kimliyinin təsbit olunması istiqamətində işləri davam etdirir. Canlı bomba ehtimalı olan 16 nəfərin ailə üzvlərindən bu məqsədlə qan örnəkləri alınaraq bombaçı olduqları ehtimal edilən şəxslərin cəsədlərilə eyniləşdirmə aparılır.
Baş prokurorluğun gəldiyi qənaətə görə, izlər İŞİD-ə doğru aparır, çünki bütün əlamətlər Suruç faciəsini xatırladır.