Qaradağ RPİ 38-ci Polis Bölməsi əməkdaşları rayon ərazisində şübhəli şəxs qismində həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə rayon sakini Mehriban Hüseynovanı saxlayıb. Baki-xeber.com bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat əldə edib. Məlumatda bildirilir ki, saxlanan şəxsin üzərinə baxış keçirilərkən ondan 3 kiloqram 25 qram marixuana aşkarlanaraq götürülüb.
Faktla bağlı əməliyyat-istintaq tədbirləri başlayıb.