Rusiya Federal Təhqiqatlar Bürosundan verilən xəbərə görə, Moskvada ictimai nəqliyyatda terror aktı hazırlayan şəxslər Rusiya vətəndaşıdır. Bu barədə baki-xeber.com RİA”Novosti”yə istinadən bildirir. "Rusiya təhlükəsizlik xidmətinin apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində Moskva regionunda terror aktı törətməyə hazırlaşan bir qrup şəxs müəyyən edilərək saxlanıb” – deyə qurumun açıqlamasında bildirilir.
Daha öncə xəbər verilmişdi ki, "İslam dövləti” terror təşkilatının düşərgələrində təlim keçən bir qrup şəxs Moskvada terakt törətmək məqsədilə radikal qruplaşmanın Rusiya aviasiyası tərəfindən Suriyada vurulmasına başlanmasından xeyli əvvəl buraya gəlib. Pusiya paytaxtında terror törətmə şübhəsilə saxlanan bir qrup şəxs xüsusi əməliyyat nəticəsində Moskvanın mərkəzində saxlandığı mənzildə yaxalanıb. Onlardan 4 kq trotil ekvivalentində partlayıcı qurğu aşkar edilərək götürülüb.