Bir neçə gün əvvəl ANS-in axşam xəbərlərində aparıcı xanım QMİ sədri Hacı Allahşükür Paşazadənin adından bütün islam dünyası üçün sensasiya və şok effekti yaratmaq gücündə olan bir müsahibənin qısa anonsunu verdi. Anonsda hörmətli Şeyx cənabları təxminən belə bir fikir işlədirdi:”Dünya yeni dinə hamilədir. Qorxuram yeni din əmələ gəlsin. Bu din islamın, xristianlığın və yəhudiliyin əsas əlamətlərini özündə əxz edə bilər”. Aparıcı sonra Mirşahinin Şeyxdən götürdüyü həmin müsahibənin tam mətnilə "Hesabat” proqramında yayımlanacağını bildirdi. Maraqlıdır ki, bu gün ANS-in saytında Şeyxin ötən bazar günkü "Hesabat”da yayımlanmış həmin sensasiyalı müsahibəsinin nə tam mətninə, nə də hansısa bir hissəsinə rast gəlmədik. Nə baş verir?
Baki-xeber.com