Britaniya KİV-də yer alan xəbərə görə, ölkənin hərbi hava qüvvələrinin pilotlarına Rusiya HHQ-nin Yaxın Şərqdə əməliyyat aparan qırıcılarına atəş açmaq əmri verilib. Bununla bağlı olaraq bu ölkənin Moskvadakı konsulluğunun hərbi attaşesi Rusiya Müdafiə Nazirliyinə dəvət olunub. Britaniya XİN-in məsələ ilə bağlı açıqlamasında bildirilir ki, oktyabrın 11-də Britaniyanın hərbi attaşesi Rusiya müdafiə naziri Sergey Şoyqu ilə görüşüb. "Rusiya hökuməti Britaniya hərbi attaşesindən faktla bağlı geniş izahat tələb edib” – deyə açıqlamada bildirilir.
Görüşdə hərbi attaşe Britaniya hökumətinin Rusiyanın Suriyada apardığı əməliyyatlatdan ciddi narahatlıq keçirdiyi bildirilib. Həmçinin bu zaman hava zərbələrinin müxalif qruplara yönəldilməsi və nəticədə mülki əhalinin həlak olması faktından narahatlıq ifadə olunub.