Oktyabrın 10-da Bakı şəhər sakini Qabil Abdullayev Sabunçu RPİ 12-ci PB-yə müraciət edərək, həmin gün Sabunçu qəsəbəsində paytaxt sakini İsmayıl Rüstəmovun idarə etdiyi "VAZ-2104” markalı avtomobildə sərnişin qismində gedərkən "VAZ-2107” markalı avtomobillə qarşısının kəsildiyini və həmin maşından düşən 2 şəxsin onu bıçaqla hədələyərək 753 manatını və mobil telefonunu alıb hadisə yerini tərk etdiyini bildirib.
Sabunçu RPİ 12-ci PB əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş "VAZ-2107” markalı avtomobilin sürücüsü - Bakı şəhər sakini Rövşən Hüseynov tutulub. Hadisənin digər iştirakçısı, onun sərnişini olmuş şəxsin isə kimliyi müəyyən edilib. Hazırda Sabunçu RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.