Rusiya Müdafiə Nazirliyi hərbçilər arasında senzuradan kənar ifadələrə qarşı mübarizə məqsədilə "nəzakətli insanlar” büdcəsi ayırmağa hazırlaşır.Baki-xeber.com-un gazeta.ru saytına istinadən xəbərinə görə, bu barədə hərbi nazirlik "Ümumrusiya valideynlər yığıncağı” hərəkatının sorğusuna cavabında bildirib. Sözügedən ictimai təşkilat sıravidən generala qədər istənilən hərbçinin "ana söyüşünü” rus hərbi geyiminə təhqir saydığını açıqlayıb. Müdafiə Nazirliyindən isə bildiriblər ki, bu istiqamətdə artıq iş aparılır. Bu məqsədlə hətta İvan Artsişevskinin "Nəzakətli insanlar” kitabı da hərbçilər arasında yayılmaq üçün çapa hazırlanır. Müdafiə Nazirliyinə sözügedən məsələ ilə bağlı müraciət edən ictimai təşkilatın nümayəndəsi Vladimir Rosnovski onu da bildirib ki, Suvorovun, Kutuzovun ordusunda "ana təhqiri” halları olmadığı üçün "onlar dünyanın ən güclü orduları idi”.