Erməni silahlı bölmələrinin cəbhənin müxtəlif istiqamətlərində atəşkəsi pozma halları davam edir. Baki-xeber.com Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, ötən sutka ərzində qarşı tərəf 82 millimetrlik minaatanlardan da istifadə etməklə atəşkəs rejimini ümumilikdə 42 dəfə pozub.
Belə ki, Ermənistan Respublikası İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun Çiləbürt, Qızıloba, Ağdam rayonunun Sarıcalı, Kəngərli, Şıxlar, Novruzlu, Şuraabad, Cəvahirli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.