Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib. Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən Baki-xeber.com-a verilən məlumata görə, iclasda Azərbaycan Respublikasının Milli Məclisinə 2015-ci il noyabrın 1-nə təyin edilmiş seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxılıb. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətdə hərtərəfli araşdırılaraq iclasa çıxarılmış müraciətlərlə bağlı Komissiya üzvlərinin müzakirəsindən sonra müvafiq qərarlar qəbul edilib.
Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda daha sonra cari məsələlərə baxılıb.