Amerikanın Fox News kanalı kəşfiyyatdakı mənbələrinə istinadən Rusiya, Suriya və İran hərbçilərinin iştirakı ilə Bağdadda koordinasiya qərargahı yaradıldığı barədə xəbər yayıb. Bu barədə baki-xeber.com livejournal saytına istinadən bildirir. Xəbərdə deyilir ki, qərargahın tərkibinə Rusiya generalitetinin aşağı ranqlı üzvləri daxildir. Amerika rəsmiləri hələlik burada İran nümayəndələrinin olub-olmadığını müəyyən edə bilməyib. Kanal özünün xəbərində yüksək çinli rus məmurunun Rusiya hərbçilərinin Bağdada gəlişini təsvir edən "onlar hər yerdə peyda olur” sözlərindən də sitat gətirir.
Hələlik Rusiya tərəfi xəbəri təsdiq etməib. Kanal onu da qeyd edir ki, Moskva son zamanlar Bağdadla əlaqələrini, Dəməşqlə olduğu kimi, xeyli möhkəmləndirib. Buna misal kimi isə bu ilin may ayında İraq baş naziri Heydər əl-Abadinin Rusiyaya rəsmi səfəri göstərilir və qeyd olunur ki, səfər zamanı iki ölkə arasında kəşfiyyat xəbərlərinin mübadiləsi qarşılığında Rusiya silahlarının İraqa çatdırılması məsələsi də müzakirə olunub.