Ankarada şənbə günü səhər saatlarında törədilən teraktda ölənlərin sayı 95 nəfərə çatıb. Bu barədə baki-xeber.com Rusiyanın utro.ru saytına istinadən xəbər verir. Saytın xəbərində o da bildirilir ki, hazırda xəstəxanalarda 246 yaralı var, onlardan 48 nəfəri reanimasiyadadır.
Türkiyə baş naziri baş verən olayı "planlaşdırılmış terror hücumu” kimi xarakterizə edib. "Terrorun iki nəfər bombaçı-kamikadze tərəfindən törədildiyinə dair əsaslı şübhələr var”- deyə baş nazir jurnalistlərə açıqlamasında bildirib.
Qeyd edək ki, partlayışlar dəmiryolu vağzalının iki çıxışı arasında kürdyönümlü HDP tərəfdarlarının Kürd Fəhlə Partiyası (PKK) ilə Türkiyə hökuməti arasında konfliktə son qoyulmasına dəstək məqsədilə təşkil etdikləri mitinqə toplaşdığı anda törədilib. Terror aktına görə hələlik heç bir qruplaşma məsuliyyəti üzərinə götürməyib.
Türkiyədə 3 günlük matəm elan olunub.