ABŞ dövlət katibi Con Kerri Türkiyə XİN başçısı Feridun Sinirlioğluna zənğ edərək Ankarada baş verən və çoxsaylı insan ölümünə səbəb olan terror olayından üzüldüyünü bildirib və başsağlığı diləklərini çatdırıb. Bu barədə baki-xeber.com Anadolu Agentliyinə istinadən xəbər verir. Türkiyə XİN-in yazılı məlumatında bildirilir ki, Kerri Sinirlioğluna "Biz terrorizmin bütün növlərinə qarşı mübarizədə NATO-da ittifaq üzvümüz və dostumuz Türkiyənin yanındayıq”- deyib.