ABŞ prezidenti Barak Obama dünən Ankarada yaşanan terror olayı və çoxlu sayda insan tələfatı ilə bağlı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib. Baki-xeber.com-un Anadolu Agentliyinə istinadən xəbərinə görə, bu barədə Ağ Ev açıqlama yayıb. İki ölkə liderinin telefon danışığından sonra Ağ Evin yaydığı press-relizdə bildirilir ki, Obama Ərdoğana baş verənlərdən dərindən üzüldüyünü bildirib və başsağlığı diləklərini çatdırıb. Başsağlığı mətnində daha sonra ”ABŞ terrorizmlə mübarizə və regionda stabilliyin qorunması ilə bağlı fəaliyyətində hər zaman Türkiyənin yanındadır”- deyə bildirilir.