Bu gecə Sumqayıt şəhərində sahibi məlum olmayan, ümumi sahəsi 500 kv.m olan taxta satışı bazarının ərazisində 200 kv.m sahəyə yığılmış 80 kub.m taxta materialları yanıb. Baki-xeber.com Fövqəladə hallar nazirliyinin mətbuat xidmətinə əsasən bildirir ki, təcili müdaxilə nəticəsində taxta materiallarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə etmək mümkün olub.
Daha bir yanğın hadisəsi isə Kürdəmir rayonu Qarasaqqallı kəndində (rayon mərkəzindən 22 km aralı) baş verib. Belə ki, vətəndaşa məxsus, ümumi sahəsi 120 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılmış 20 ton ot bağlaması yanıb. Yanğın zamanı tövlənin içərisində 1 baş xırdabuynuzlu heyvan tüstüdən boğularaq tələf olub. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.