Türkiyədə milli matəm elan olunub. Baki-xeber.com bu barədə Türkiyə KİV-nə əsasən xəbər verir. "Terror aktında həlak olanların xatirəsinə ölkədə üç günlük matəm elan olunub” – deyə Baş nazir Əhməd Davudoğlunun müvafiq açıqlamasında deyilir.
Qeyd edək ki, bu gün səhər saatlarında Ankarada iki ardıcıl partlayışın törədilməsilə terror aktı həyata keçirilib. Nəticədə 86 nəfər həyatını itirib. İlkin ehtimala görə, partlayışları kamikadze törədib.