Bu gün səhər təxminən saat 10 radələrində dəmiryoluna bitişik Sihhiyə meydanında ard-arda iki partlayış baş verib. Bu barədə baki-xeber.com Anadolu Agentliyinə istinadən xəbər verir.
Meydanda "Müharibəyə inad dərhal barış, sülh, əmək və demokratiya” adı altında mitinq keçirilməsi planlaşdırıldığı bildirilir. Qeyd olunur ki, partlayış körpünün altında yerləşən, dəmiryol vağzalına gedən yolun üstündə, nəzarət-buraxılış məntəqəsinin yaxınlığında baş verib. Mitinqə gələnlər həmin məntəqədə yoxlamadan keçib aksiyaya qatılacaqdı.
Səhiyyə naziri Mehmet Müəzzinoğlunun açıqlamasına görə, terakt nəticəsində 86 nəfər həlak olub.