Rusiya aviasiyası Azad Suriya Ordusunun (ASO) qərargahını bombalayıb. Bu barədə baki-xeber.com Anadolu Agentliyinə istinadən xəbər verir.
ASO-nin 13-cü ərazi bölmə komandiri Əhməd əs-Səud agentliyin müxbirinə bildirib ki, təyyarə İraqın Xan Şeyhun rayonundakı qərargahını bombalayıb. Nəticədə qərargah yerlə yeksan edilib, 1 nəfər həlak olub, 10 nəfər isə yaralanıb. Onların hamısı Azad suriya Ordusunun döyüşçüləridir. Əs-Səud onu da əlavə edib ki, Rusiyanın guya İŞİD-lə döyüşdüyü barədə deyilənlər həqiqətə uyğun deyil. "Rusiya hərbi təyyarələri Azad Suriya Ordusunun qərargahlarını və idarəetmə mərkəzlərini bombalayır. Onlar İŞİD-lə deyil, bizimlə mübarizə aparırlar”- deyə suriyalı hərbçi vurğulayıb.