İraqın regional kürd birliyinin başçısı Məsud Bərzani İŞİD-ə qarşı mübarizənin vahid beynəlxalq koalisiya çərçivəsində aparılmalı olduğunu deyib. Bu barədə baki-xeber.com Anadolu Agentliyinə istinadən bildirir. Bərzani Ərbildə ABŞ-ın başçılıq etdiyi İŞİD-ə qarşı beynəlxalq koalisiyanın xüsusi nümayəndəsi Con Allenlə görüşüb. Görüşün ardından Bərzani Rusiyanı fəaliyyətdə olan koalisiyaya qoşulmağa dəvət edib. ”Rusiya koalisiyaya quşularsa, uğur əldə edə bilər. Bütün konflikt tərəflərinin hədəfi İŞİD-dir. Kimsə koalisiyadan kənarda qalmağı seçəcəksə, yanlış addım atmış olacaq”- deyə o, açıqlamasında bildirib.
Bərzani prezident Obamaya anti-İŞİd mübarizəsinə verdiyi dəstəyə görə təşəkkürünü bildirib. Con Allen, öz növbəsində, ABŞ-ın bundan sonra da peşmərgəyə və İraqın regional kürd birliyinə dəstəyinin davam edəcəyini bildirib. Allen onu da əlavə edib ki, Rusiya və Suriyanın birtərəfli fəaliyyəti regionda gərginliyin daha da artmasına, Rusiya bombardmanlarının isə yeni qaçqınlar dalğasının yaranmasına gətirəcəyini deyib.