İŞİD terrorçularının mövqelərinə 26 ədəd "Kalibr” raketinin atılması Rusiyanın Müdafiə Nazirliyinə təqribən 10 milyard rubla başa gəlib.
"AzeriDefence”nin "Rosbalt”a istinadən verdiyi məlumata görə, bunu Mərkəzi Hərbi Dəniz portalının eksperti bildirib. Ekspertin sözlərinə görə, Hindistana "Kalibr”in ixracat versiyasının bir ədədi 6.5 milyon ABŞ dollarına satılıb.