Rusiya Baş Qərargahının nümayəndəsi terrorçuların kimyəvi hücuma hazırlaşdığını bildirib. Baki-xeber.com-un utro.ru saytına istinadən xəbərinə görə, o, bu barədə kəşfiyyatın informasiya əldə etdiyini deyib. Nümayəndənin sözlərinə görə, İŞİD terrorçuları arasında gedən danışıqların dinlənməsi nəticəsində kəşfiyyata bəlli olub ki, cəbhə xəttinə təcili şəkildə sursat daşınır. Danışıqlarda hansısa "sürpriz”lərdən söhbət açılıb. "Güman olunur ki, söhbət kimyəvi maddələr doldurulmuş əldədüzəlmə partlayıcı qurğulardan gedir” – deyə rus hərbçisi bildirib